Sumqayıtda zirzəmilərdən borular oğurlanıb. Sumqayıt24 bu haqda bu gün, 4 aprel tarixində Sukanal İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, 4-cü mikrorayon 29/4 saylı binanın və 13-cü mikrorayon ev 56-nın zirzəmilərində plastik borular naməlum şəxslər tərəfindən oğurlanıb. Ərazilərə idarənin əməkdaşları cəlb olunub. Zirzəmilərdə xətlər yenidən yığılıb.