Sumqayıt idmançıları A.Kakauridzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə medal qazanıblar. Bu haqda 23 aprel tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Boks üzrə yeniyetmələr arasında keçirilən yarış Gürcüstanın Kutaisi şəhərində təşkil olunub. Turnirdə iştirak edən boksçularımız Cəsur Binyətov (46 kq), Sübhan Babayev (54 kq) və İlkin Sultanov (66 kq) bürünc medal qazanıblar.
İdmançıların məşqçiləri Azərbaycan Respublikasının Əməkdar məşqçiləri Rüfət Aslanov və Elbrus Rzayevdir.