Sumqayıtın 64 yaşlı veteran cüdoçusu çempion olub. Sumqayıt24 bu haqda 7 iyun tarixində xəbər verir.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatı təşkil olunub. Fərhad Rəcəbli M8 yaş kateqoriyası üzrə -90 kq çəki dərəcəsində yarışıb. O, bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Bu, Fərhad Rəcəblinin usta cüdoçular arasında 10-cu Avropa çempionluğudur. [modula id="56002"]