Sumqayıtlı güləşçilər Avropa çempionatında ilk üçlükdə qərarlaşıblar. Bu haqda bu gün, 4 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Milli yığmanın tərkibində iştirak edən İslam Abbasov (84 kq) və Murad Məmmədov (60 kq) bürünc medala layiq görülüblər. Onlar Sumqayıt güləş məktəbinin yetirmələridir.
Yunan-Roma güləşi üzrə Avropa çempionatı Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib.