Sumqayıtlı şahmatçı bürünc medal qazanıb. Sumqayıt24 bu haqda 20 iyun tarixində xəbər verir.
Polşada blits üzrə Avropa çempionatı keçirilib. Əvvəlcə ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla qarşılaşan Azərbaycan yığmasının şahmatçıları ilk dörd yeri tutaraq, pley-offa adlayıblar.
Pley-offda Şəhriyar Məmmədyarov niderlandlı Benjamin Boka məğlub olub. Sonra qrosmeysterimiz 3-cü yer uğrunda Yan-Kşiştof Duda ilə qarşılaşıb və ona qalib gəlib.
Yekun sıralamada isə millimiz turnir cədvəlində 3-cü yeri tutaraq, komanda hesabında bürünc medala yiyələnib.