Azərbaycan Velosiped İdmanı Federasiyası (VİF) Sumqayıt Velosiped İdman Klubu ilə əməkdaşlığa başlayıb. Sumqayıt24 bu haqda bu gün, 8 aprel tarixində Respublika Olimpiya Velosiped Məktəbinə istinadən xəbər verir.
Məlumata əsasən, iş birliyinin əsas məqsədi insanları ekoloji təmiz nəqliyyat vasitəsindən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Azərbaycan VİF-in prezidenti Mədət Quliyev Sumqayıt Velosiped İdmanı Klubuna velosipedlər və ehtiyat hissələri hədiyyə edib.