"Sumqayıt" futbol klubu Azərbaycan Kubokuna 2-ci təsnifat mərhələsindən başlayacaq. Sumqayıt24 bu haqda 2 noyabr tarixində xəbər verir.
Bu gün turnirin 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, Sumqayıt təmsilçisi "Füzuli" - "Lerik" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, adıçəkilən mərhələnin oyunları 28-30 noyabr tarixlərində keçiriləcək.