Futbol üzrə millimiz yoldaşlıq oyunu keçirəcək. Sumqayıt24 bu haqda 7 iyun tarixində xəbər verir.
Komandamız Albaniya yığması ilə qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da Macarıstanın Sombatxey şəhərindəki "Haladas SportKomplexum"da baş tutacaq.
Qeyd edək ki, "Sumqayıt"ın futbolçuları - Elvin Bədəlov və Mehdi Cənnətov da yığmanın düşərgəsinə çağırılıblar.