Şahmatçımız Şəhriyar Məmmədyarov "Oslo Esports Cup"-da dünya çempionunu məğlub edib. Bu onun ardıcıl üçüncü qələbəsidir. Sumqayıt24 bu haqda turnirin saytına istinadən xəbər verir.
Sumqayıtlı qrossmeytser 7-ci turda yarışın təşkilatçısı olan norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 2,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyundan sonra xalını 11-ə çatdıran “Şah” yarışı vyetnamlı Le Kuanq Lyemlə birlikdə 5-ci pillədə başa vurub.