top
“Betis”in təlklifini rədd edən “Sumqayıt” klubunun futbolçusu
05 sentyabr 2023, 01:01
- ↺ +

“Betis”in təlklifini rədd edən “Sumqayıt” klubunun futbolçusu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sumqayıt”ın legioneri Oktavio Merlo Manteka kifayət qədər zəngin karyeraya sahibdir. O, “Botafoqo” ilə Seria B-nin qalibi olub, bu komandanın heyətində Seria A-da çıxış edib, 21 yaşında “Fiorentina”ya icarəyə verilib, Belçika “Beerşot”unda oynayıb, son 4 ili isə Bolqarıstanın yüksək liqasında keçirib.

Sumqayıt24 yarımmüdafiəçinin Sportinfo.az saytına verdiyi müsahibəni diqqətinizə çatdırır:

 

- Azərbaycanda, Sumqayıtda özünü necə hiss edirsən?

- Hər şey yaxşıdır. Əsas odur, ailəm və oğlum yanımdadır. Ailəmlə dincəlmək üçün gəzməli yerlər, rahat restoranlar var.

- Braziliyada, İtaliyada, Belçikada yaşayandan sonra buradakı mühitə alışmaq çətinlik yaratmır ki?

- Əlbəttə, İtaliya və Belçika kimi ölkələrlə Azərbaycan arasında böyük fərq var. Ümumilikdə buranı sevirəm, bəyənirəm. Ən pis cəhət odur ki, hər kəs ingilis dilində danışmır. Bəzən anlaşmaqla bağlı çətinlik yaşayıram. Amma internetdəki tərcümə proqramları köməyimizə çatır.

- Bir neçə il əvvəl Braziliyanın yüksək dəstəsində oynayırdın, “Fiorentina”nın sıralarında idin, “Beerşot”un formasını geyinirdin, indi isə “Sumqayıt”dasan. Karyerandakı enişin səbəbini qısaca nə ilə izah edə bilərsən?

- Mənə ən böyük zərbəni ilk olaraq zədələr vurdu, sonra isə özüm. 20 yaşımda “Botafoqo” ilə Seria A-da oynayandan sonra “Fiorentina”ya 1 illik icarəyə verilmişdim. O vaxt baş məşqçi Vinçenso Montella idi. İkili söhbətdə mənə dedi ki, heyət genişdir, təcrübəli futbolçular var və biz İtaliya liqasında, eləcə də Çempionlar Liqasında qalib olmaq üçün mübarizə aparırıq. Bir müddət gözləməli idim və gözləyirdim də. Lakin günlərin birində dizimdən ağır zədə aldım və əməliyyat olundum. Beləcə 1 illik icarə sözləşməsi başa çatdı. Həmin vaxt La Liqada mübarizə aparan “Betis”dən təklif almışdım.

- Amma yenidən “Botafoqo”ya qayıtdın.

- Bəli. Çünki, ispanlar mənə 1 illik müqavilə təklif edirdi. “Botafoqo” isə başa çatan anlaşmanın müddətini 2,5 illik yeniləməkdə maraqlı idi. Çətin günlər geridə qaldı, zədəm sağaldı və çox böyük səhvə yol verdim deyə, “Botafoqo”dan ayrıldım.

- Nə etdin?

- Azarkeşlərlə dalaşdım. Bu hadisə həm özümə, həm də karyerama ciddi zərbə vurdu. Qısa müddət Braziliya klubları - “Tupi” və “Volta Redonda”da çıxış edəndən sonra Belçika “Beerşot”u ilə anlaşdım, ardınca Bolqarıstana getdim və 4 il bu ölkədə çıxış etdim.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
06 noyabr 2026, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
06 noyabr 2026, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
06 noyabr 2026, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Oxşar xəbərlər