Sumqayıt təmsilçisi beynəlxalq turnirdə uğur qazanıb. Bu haqda 27 iyun tarixində Sumqayıt24 “INBA Global Azerbaijan”-a istinadən məlumat verir.
İyunun 25-i natural bodibildinq və fitnes üzrə "Caspıan Natural Cup" beynəlxalq turniri keçirilib. Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirdə Men's Fizik kateqoriyasında yeniyetmələrin mübarizəsində təmsilçimiz Nihad Bünyadov 1-ci yerə layiq görülüb. Qalib kubok və diplomla mükafatlandırılıb.
Tədbir lNBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliklərinin təşkilatçılığı ilə həyata keçirilib.