Sumqayıtlı boksçular beynəlxalq turnirdə uğurla iştirak ediblər. Bu haqda bu gün, 28 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
İdmançılarımız yeniyetmə və məktəblilər arasında keçirilən boks üzrə turnirdə Məhəmmədəli Aşırəliyev (54 kq) qızıl, Nərmin Əlizadə (52 kq) və Aynur Mikayılova (54 kq) gümüş medala sahib olublar. Boksçuları yarışa Elbrus Rzayev, Rüfət Aslanov və Anar Baxışov hazırlayıblar.
Turnir Rumıniya Respublikasının Georqeni şəhərində keçirilib.