Sumqayıtda “İdman hamı üçün” layihəsi çərçivəsində idman tədbiri keçiriləcək. Bu haqda 14 avqust tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Layihə çərçivəsində bulvar ərazisində kapoeyra idman növü üzrə nümunəvi çıxışlar təşkil olunacaq. Tədbir 17 avqust saat 19:00-da baş tutacaq.