“Sumqayıt” legionerlə müqaviləni uzadır. Sumqayıt24 bu haqda 1 mart tarixində Bizim.media-ya istinadən xəbər verir.
Burundili hücumçu Trezor Mossi ilə danışıqlar müsbət nəticələnib. Yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir. Yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Trezor Mossi ötən ilin avqustunda Belçikanın “Vesterlo” klubundan gəlib.