Yeniyetmə cüdoçular arasında U-15 ölkə birinciliyinin komanda yarışları keçirilib. Sumqayıt24 bu haqda 4 iyun tarixində xəbər verir.
Birincilik Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunub. Nəticədə qızlar arasında Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi 5-ci, oğlanların yarışında isə Sumqayıt 1 nömrəli İOEUGİŞM-in komandası 7-ci yeri tutub.