Sumqayıt idmançısı beynəlxalq yarışda uğur qazanıb. Bu haqda 16 aprel tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri baş tutub. Milli komandanın üzvü olan cüdoçumuz Kənan Sadıqov (-66 kq) qızıl medala sahib çıxıb.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Elçin Səfixanovdur.