Sumqayıt cüdoçusu beynəlxalq turnirə qatılacaq. Bu haqda 25 yanvar tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Yanvarın 27-28-də Belçikanın Vise şəhərində cüdo üzrə Açıq turnir keçiriləcək. Millimizin tərkibində 60 kq çəki dərəcəsində idmançımız Rövşən Əliyev tatamiyə çıxacaq.
Turnirdə ölkəni 7 çəki dərəcəsində 12 idmançı təmsil edəcək.