Sumqayıt paraüzgüçüsü Fransada medal qazanıb. Sumqayıt24 bu haqda 12 iyun tarixində xəbər verir.
Limoj şəhərində yeniyetmələr arasında Dünya Paraüzgüçülük Seriyası keçirilib. Məşqçi Faiq Əsgərovun yetirməsi Əli Vəliyev (50 metr, sərbəst üsul) ikinci yeri tutaraq gümüş medala layiq görülüb.