Sumqayıtda “Əsrarəngiz rənglərin insan psixologiyasına təsiri” adlı psixoloji seans təşkil olunub. Bu haqda 4 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Seans Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub. Burada Sumqayıt Reabilitasiya Mərkəzində stasionar və ambulator reabilitasiya kursu keçən əlilliyi olan şəxslər iştirak ediblər.
Mərkəzin əməkdaşları ilə yanaşı, şahmat üzrə beynəlxalq qrosmeyster, dünya və Avropa çempionu Zeynəb Məmmədyarova da tədbirə qatılıb.