Sumqayıtdan olan tanınmış karate ustası Rafael Məmmədov turnirdə iştirak edib. Bu haqda 25 yanvar tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Bakı İdman Sarayında 9-cu Arpachay Open-2024 turniri keçirilib. Burada Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Oman, İran, Tunis, Çexiya və Belçikadan olmaqla ümumilikdə 625-ə yaxın idmançı kata və kumite yarışlarında qüvvəsini sınayıb.
Gənclər, yeniyetmələr və veteranlar arasında kata yarışlarında Əməkdar məşqçi Rafael Məmmədov (+50 yaş) gümüş medal qazanıb.
Turnir “Arpaçay” karate klubu və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı reallaşıb.