"Sumqayıt" klubu legionerlə vidalaşıb. Sumqayıt24 bu haqda 31 may tarixində xəbər verir.
Söhbət hücumçu Erik Sorqadan gedir. Ötən yay onunla 1+1 şərtli anlaşma imzalanmışdı. Lakin Erikin oyunu məşqçilər korpusunu qane etməyib. Buna görə rəsmilər onu yola salıblar.
Məlumata görə, yaxın zamanda müdafiəçi Abu Dosso da komandadan ayrılacaq.