Sumqayıtlı gənc futbolçular 2021-2022 mövsümünün qalibi olub. Bu haqda bu gün, 24 iyun tarixində AFFA-ya istinadən xəbər veririk.
Coca-Cola Məktəbli Kubokunun qalibi Sumqayıt şəhər 28 nömrəli məktəbin komandası olub. Mövsümün son oyununda komandamız Zaqatala rayon Sumaylı kənd məktəbinin komandasına 4:1 hesabı ilə qalib gəlib. 2-ci yerdə Zaqatala rayon Sumaylı kənd məktəbi, 3-cü yerdə isə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Daşarx məktəbi qərarlaşıblar.
Futbolçularımız Rəşad Gülüşov turnirin ən məhsuldar, Həsən Lətifov isə ən yaxşı oyunçusu seçiliblər.