Sumqayıt boksçusu Millətlər Kubokunu qazanıb. Sumqayıt24 bu haqda 25 yanvar tarixində xəbər verir.
Qız və qadın idmançıların yarışı Serbiyanın Sombor şəhərində keçirilib. Burada 10 ölkəni 102 idmançı təmsil edib. Azərbaycan milli komandası 8 nəfərlə mübarizə aparıb.
Yığmanın tərkibində Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançısı Aynur Mikayılova (54 kq) bütün rəqiblərini yenərək qızıl medala sahiblənib.