Sumqayıtda voleybol üzrə şəhər birinciliyi keçirilib. Sumqayıt24 bu haqda 13 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Nəsimi parkının idman sağlamlıq mərkəzində təşkil olunan yarış 15 İyun – Milli Qurtuluş gününə həsr edilib. Burada müxtəlif gənclər təşkilatları bir-biri ilə mübarizə aparıb.
Yekun nəticəyə görə, bütün rəqiblərini məğlub edən “Asan Xidmət” Mərkəzinin komandası 1-ci, 27 nömrəli məktəbin komandası 2-ci, Gənclər və İdman Baş İdarəsinin kollektivi isə 3-cü olublar.
Qaliblər Baş İdarə tərəfindən Fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olunub.