Sumqayıt cüdoçuları mükafatlandırılıblar. Bu haqda 11 aprel tarixində Sumqayıt24 Abşeron-Xızı Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Gənclər və İdman Naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Ruslan Paşayev, Nihad Məmişov və Rəsul Səmədlini təltif edib. İdmançılar “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülüblər.
Mərasim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib.