Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri Azərbaycan çempionatında çıxış ediblər. Bu haqda 28 mart tarixində Sumqayıt24 xəbər verir.
Güləş idman növü üzrə U-15 qızlar arasında Azərbaycan çempionatında iştirak edən məşqçi Xəyal Əliyevin tələbələri Ayla Turabova (66 kq), Nurtac Hacızadə (58 kq) və Nuray Həsənli(58 kq) 3-cü yeri tutublar.