Sumqayıt idmançıları “Qazaq kuresi” üzrə Avropa çempionatında iştirak ediblər. Bu haqda 29 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Turnir Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilib. Yarışda mübarizə aparan güləşçilərimiz Şəhanə Alməmmədova qızıl, Eyvaz Nəsibli bürünc medal qazanıblar.
İdmançıların məşqçiləri Elbrus Arzumanov, Ələkbər Əliəfsərov və Elçin Səfixanovdur.
Qeyd edək ki, ümumi hesabda Azərbaycan millisi birinci yerə layiq görülüb.