Sumqayıtlı güləşçilər iki çəki dərəcəsində 1-ci yerə çıxıb. Sumqayıt24 bu haqda sosial şəbəkələrə istinadən xəbər verir.
Təmsilçilərimiz Seid Xəlilov (48 kq) və Əli Seyidəlili (51 kq) Türkiyənin Rizə şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Beynəlxalq turnirdə iştirak ediblər. Azərbaycan yığmasının tərkibində çıxış edən hər iki pəhləvan qızıl medala layiq görülüb.
Qeyd edək ki, onlar “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-nin idmançılarıdır.