Sumqayıtdan olan qadın cüdoçu Qran-pri turnirində iştirak edir. Bu haqda 8 mart tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Beynəlxalq turnir Avstriyanın Lints şəhərində keçirilir. Yarışın ilk günündə 52 kq çəkidə idmançımız Gültac Məmmədəliyeva gücünü sınayır.
Yarış martın 10-dək davam edəcək.