Sumqayıtlı qrossmeyster Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə uğur qazanıb. Bu haqda 11 aprel tarixində Sumqayıt24 xəbər verir.
Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirinin istirahət günündə qeyri-rəsmi blits turniri keçirilib. Turnirə Nicat Abasovun sekundant-məşqçisi kimi yollanan Şəhriyar Məmmədyarov yarışın qalibi olub.
Mükafat fondu 500 min avro təşkil edən turnir aprelin 22-də başa çatacaq.