Sumqayıt idmançıları beynəlxalq turnirdə uğurla çıxış ediblər. Bu haqda 10 iyul tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Gürcüstanın Qori şəhərində 5-9 iyul tarixlərində boks üzrə beynəlxalq turnir keçirilib. Yarışda iştirak edən millimizin üzvləri, Sumqayıt boks məktəbinin yetirmələri Nadir Məlikov (57 kq) və Ənəs Ağayev (51 kq) müvafiq olaraq turnirin gümüş və bürünc medallarına layiq görülüblər.
Nadir Məlikovun məşqçisi Əməkdar məşqçisi Elbrus Rzayev, Ənəs Ağayevin məşqçisi isə Nəvai Quliyevdir.