Sumqayıt idmançılarının ll MDB Oyunlarında uğurları davam edir. Bu haqda 14 avqust tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Belarusun paytaxtı Minsk şəhərində keçirilən turnirdə karate üzrə milli yığma komandanın tərkibində çıxış edən Murad Hacızadə (+84 kq) gümüş, Osmanlı Osman (+84 kq) isə bürünc medal qazanıb.
İdmançıların məşqçiləri müvafiq olaraq Rafael Məmmədov və Rövşən Allahverdiyevdir.