Sumqayıtlı idmançı “Karate 1 Liqa”-nın fəxri kürsüsünə yüksəlib. Sumqayıt24 bu haqda bu gün, 3 may tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, Kiprin Limoasol şəhərində keçirilən beynəlxalq yarışda Vüsal Qəmbərov 1-ci yerə layiq görülüb. Turnir çərçivəsində fəxrimiz erməni rəqibini 4-2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, milli yığma komandasının tərkibində iştirak edən gəncin şəxsi məşqçisi Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Rövşən Allahverdiyevdir.