Sumqayıtlı cüdoçumuz beynəlxalq turnirdə yüksək nəticə əldə edib. Bu haqda 27 yanvar tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Portuqaliyanın Odivelas şəhərində Qran-pri turniri keçirilir. Yarışın ilk yarış günündə kişilər arasında -66 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Kamran Süleymanov bürünc medala sahib olub. O, monqolustanlı idmançı Basxu Yondonperenleyi məğlub edib.