Sumqayıt idmançısı qızıl medal qazanıb. Sumqayıt24 bu haqda 15 aprel tarixində Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Aprelin 12-14-də Bolqarıstanın Albena şəhərində Şotokan Karate (WSF) üzrə 14-cü dünya çempionatı keçirilib. Nicat Kərimli gənclər və kişilər arasında çempion olub. İdmançımız -75 kq çəki dərəcəsində mübarizə aparıb.