Sumqayıt idman məktəbinin yetirməsi beynəlxalq turnirdə uğur qazanıb. Bu haqda 12 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 13-cü dünya çempionatı baş tutub. Sumqayıt Olimpiya İdman Kompeksinin karate idman növü üzrə məşqçisi Hüseyn Əfəndiyevin tələbəsi Ramil Əhmədov (61 kq) yarışın gümüş mükafatına yiyələnib.