Şəhriyar Məmmədyarovun FIDE Qran-prisinin III mərhələsinin 6-cı tur görüşü heç-heçə ilə başa çatıb. Sumqayıt24 bu haqda bu gün, 29 mart tarixində turnirin səhifəsinə istinadən xəbər verir.
Qrossmeysterimiz bu oyunda rusiyalı Daniil Dubovla üz-üzə gəlib. Görüş 13-cü gedişdə sona çatıb. Hazırda şahmatçının hesabında 3.5 xal var.
Xatırladaq ki, Məmmədyarov 5-ci tur oyununu da bərabərliklə başa vurmuşdur.