"Sumqayıt" yaponiyalı futbolçunu heyətində saxlamaq istəyir. Sumqayıt24 bu haqda 24 aprel tarixində Bizim.media-ya istinadən xəbər verir.
Klubun rəhbərliyi Masaki Murataya müqavilə müddətini artırmağı təklif edəcək. Futbolçunun yeni mövsüm üçün komandada qalmaq istədiyi iddia edilir.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi “Sumqayıt”a Latviyanın “Valmeyra” klubundan keçib.
Həmçinin məlumata görə, "Sumqayıt" yayda Bolqarıstanın "ÇSKA 1948" klubundan icarəyə götürülən Oktavio Manteka ilə yollarını ayırır.