Sumqayıtlı şahmatçı 6-cı dəfə heç-heçə oynayıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində xəbər verir.
Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən “Masters” turnirində mübarizə aparır. Qrosmeysterimiz 7-ci turda rusiyalı Andrey Qrişukla qarşılaşıb. Şahmatçılar bərabərliyə razılaşıblar.
Hesabında 3 xal olan Şəhriyarın 7-ci pillədəki mövqeyi dəyişməyib.
Qeyd edək ki, turnir 9 turdan ibarətdir.