Minifutbol yığmamıza daha üç sumqayıtlı idmançı çağırılıb. Sumqayıt24 bu haqda 30 may tarixində xəbər verir.
Xəbər verdiyimiz kimi, 1-8 iyun tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropa çempionatı keçiriləcək. Hücumçu Mirmehdi Rzayevdən əlavə, qapıçı Vəli Qafarov, müdafiəçi Cəfər Cəfərov və yarımmüdafiəçi Elvin Əlizadə də Azərbaycan millisinin heyətində mübarizəyə qoçulacaqlar.
Qeyd edək ki, yığmamız F qrupunda Fransa, İtaliya və Avstriya ilə qarşılaşacaq.