“Sumqayıt” futbol klubu “Neftçi”nin qonağı olub. Oyun Premyer liqanın 19-cu turu çərçivəsində keçirilib.
Görüşdə ilk qolu 17-ci dəqiqədə meydan sahiblərinin kapitanı Emin Mahmudov vurub. Cavab qolu 24-cü dəqiqədə gəlib. Futbolçumuz Rəhim Sadıxov rəqib müdafiəçilərini keçərək baxımlı qola imza atıb. Oyunda son qolu da Emin Mahmudov 82-ci dəqiqədə penaltidən vurub. Qarşılaşma 2-1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, 84-cü dəqiqədə Sumqayıt təmsilçisinin heyətində Sadıxov zədələnərək meydanı tərk edib.