“Sumqayıt” futbol klubu növbəti əcnəbi ilə vidalaşıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində xəbər verir.
Mövsümün əvvəlində “ÇSKA 1948”-dən (Bolqarıstan) gələn 30 yaşlı Oktavio Mantekanın icarə müddəti bitib.
Yarımmüdafiəçi ötən mövsüm 26 Premyer Liqa və 3 kubok qarşılaşmasında meydana çıxıb.