Sumqayıtlı paracüdoçu Antalya Qran-Prisində fəxri kürsüyə yüksəlib. Sumqayıt24 bu haqda Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Namiq Abaslı turnirin finalında gürcüstanlı Giorgi Kaldani ilə üz-üzə gəlib. Nəticədə məğlubiyyətlə üzləşən Tokio-2020 mükafatçısı 2-ci yerin sahibi olub.