“Sumqayıt”la oyunda hakimləri söyən məşqçi cəzalandırılıb. Sumqayıt24 bu haqda 29 may tarixində xəbər verir.
AFFA İntizam Komitəsi qərar çıxarıb. U-15 Liqasında çıxış edən "Qəbələ" futbol klubunun məşqçisi Şəhruz Mustafayevə daha beş oyunluq cəza kəsilib.
Mütəxəssis Sumqayıt səfərində hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün bu halla üzləşib. Komitə mayın 24-də də Mustafayevi 5 matçlıq cəzalandırmışdı. Məşqçi eyni komanda ilə ev oyununda hakimləri təhqir etmişdi.