Sumqayıtlı Rafael Ağayevin gənclər və idman naziri Fərid Qayıbovla görüşə gəlməməyinin səbəbi açıqlanıb. Sumqayıt24 bu haqda Oxu.az-a istinadən xəbər verir.
Dünən 15 mart tarixində Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında görüş keçirilib. Burada, Tokio Olimpiya və Paralimpiya Oyunlarında medal qazanmış idmançılara “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri təqdim olunub. Qeyd etdiyimiz kimi olimpiadanın gümüş medalçısı karateçi Rafael Ağayev görüşə qatılmayıb.
Açıqlamasında idmançı gəlməməsini əlində yanıq olması ilə əlaqələndirib. O, ordeni bir müddət sonra gedib nazirlikdən götürəcəyini bildirib.