Sumqayıtlı Rafael Ağayev “Karate Combat”-da qələbə seriyasını davam etdirib. Sumqayıt24 bu haqda 27 iyun tarixində turnirin saytına istinadən xəbər verir.
Titullu idmançımız ABŞ-ın Orlando şəhərində fransalı Deyvi Dona ilə üz-üzə gəlib. Nəticədə, əzmkarlıq nümayiş etdirən Ağayev rəqibini tam üstünlüklə məğlub edib.
Qeyd edək ki, görüş canlı olaraq yayımlanırdı.