Sumqayıtlı idmançılar respublika çempionatında iştirak edəcəklər. Bu haqda Sumqayıt24 bu gün, 28 fevral tarixində xəbər verir.
1-3 Mart tarixlərində keçiriləcək yarış paytaxtın Təhsil 1 saylı RİOEUGİM-də baş tutacaq. Birincilikdə Sumqayıtla yanaşı Bakı, Lənkəran, Cəlilabad, Lerik, Gəncə, Yevlax, Goranboy və digər bölgələrimizdən olan ağır atletlər qüvvələrini sınayacaqlar.
Qaliblər Təhsil İdman Mərkəzinin diplom, medal və hədiyyələri ilə təltif olunacaq.