Sumqayıtlı “Şah” Niderlandın Veyk-an-Zee şəhərində növbəti rəqibini qarşılayıb. Bu haqda "Tata Steel Chess" superturnirinin rəsmi saytına istinadən xəbər veririk.
Xəbər verdiyimiz kimi, 11-ci turda Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib. Şəhriyar bu oyunu ağ fiqurlarla keçirib. Rəqiblər 23-cü gedişdə heç-heçə ilə ayrılıblar.
Bu turdan sonra xallarını 6,5-ə çatdıran Məmmədyarov 4-cü pillədə qərarlaşıb.