Sumqayıtlı şahmatçı yarışda iştirak etmək üçün Norveçin Stavanger şəhərinə yollanıb. Sumqayıt24 bu haqda 30 may tarixində Report.az-a istinadən xəbər verir.
Şəhriyar Məmmədyarov ilk öncə bu gün blits turnirinə qatılacaq. 1 günlük turnirin nəticələri "Norway Chess"-də start nömrələrini müəyyənləşdirəcək.
Onun rəqibləri, həmyerlisi Teymur Rəcəbov, norveçli Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq.
Qeyd edək ki, “Norway Chess" turniri 31 may - 10 iyun tarixlərində gerçəkləşəcək.