Qrosmeyster Şəhriyar Məmmədyarov “Norway Chess”-də daha bir qələbə qazanıb. Sumqayıt24 bu haqda bu gün, 8 iyun tarixində turnirin saytına istinadən xəbər verir.
Təmsilçimiz 7-ci tur çərçivəsində niderlandlı Aniş Giri ilə qarşılaşıb. Rəqibini məğlubiyyətə uğradan “Şah” xallarının sayını 11,5-ə çatdırıb. Hazırda o, 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, yarış Norveçin Stavanger şəhərində təşkil olunub.